2023-cü ildə dünyada təxminən 94 milyon avtomobil istehsal edilib.

İqtisadiyyat.az bu barədə dünya statistikasında araşdırma aparıb.

Araşdırmalara görə, bu rəqəm 2022-ci illə müqayisədə təxminən 10 faiz artım deməkdir. Çin, Yaponiya və Almaniya ən böyük avtomobil və kommersiya nəqliyyatı istehsalçıları hesab olunur.

Hesabat dövründə Çin 26 milyondan çox avtomobil istehsal edərək dünyanın ən böyük minik avtomobili istehsalçısı seçilib. Ölkə dünya minik avtomobili istehsalının demək olar ki, üçdə birini təşkil edir. Son onilliklər ərzində Çin qlobal avtomobil sənayesində əsas inkişaf bazarlarından biri kimi rol oynayır.

Dünyada 2000-ci ildən 2023-cü ilə qədər avtomobil istehsalı belə olub:

İl

İstehsal həcmi

2000

58 milyon ədəd

2005

67 milyon ədəd

2010

77 milyon ədəd

2011

80 milyon ədəd

2012

84 milyon ədəd

2013

87 milyon ədəd

2014

90 milyon ədəd

2015

91 milyon ədəd

2016

95 milyon ədəd

2017

97 milyon ədəd

2018

97 milyon ədəd

2019

92 milyon ədəd

2020

78 milyon ədəd

2021

80 milyon ədəd

2022

85 milyon ədəd

2023

94 milyon ədəd

 

Gözəl Həşimova