Azərbaycanda kartofun qiyməti düşüb.

İqtisadiyyat.az xəbər verir ki, kartof əkin sahələrinin böyük əksəriyyətində yığım başa çatıb.

Hazırda yığım həyata keçirilən sahələrdən toplanan iri kartofun kiloqramı topdansatış olaraq 20-30 qəpiyə satılır. Bəzi fermerlər bu məbləğin kartofun yığımı üçün sərf olunan vəsaiti qarşılamadığını bildirirlər.

Eləcə də ölkədə bazar və marketlərdə də kartofun pərakəndə satış qiymətində azalma mövcuddur.

Belə ki, hazırda böyük supermarketlərdə kartofun kiloqramı 70-90 qəpiyə təklif olunur.