BYD (Build Your Dreams) Çində təsis edilərək avtomobil, elektronik, yeni enerji və dəmir yolu nəqliyyatı sahələrində fəaliyyət göstərən lider şirkətlərdən biridir. BYD, özünü xüsusiyyətlə elektrik (EV) və plug-in hybrid (DM-İ) nəqliyyat vasitələri bazarında mövqe sahibi edib. Şirkət, avtomobil və avtobus istehsalı ilə dünya miqyasında tanınan bir marka halına gəlib.

BYD-nin Mühüm Məhsul Qrupları

1. Elektrikli Avtomobillər (EV):

BYD, müxtəlif modelləri ilə sedan, SUV və avtobus kimi geniş bir elektrikli nəqliyyat vasitələri portfelinə malikdir. BYD'nin Song Plus, Tang və Han kimi məşhur modelləri, inkişaf etmiş texnologiyalar və ətraf mühitə dost sürətlər təmin edir.

2. Elektrik Bataryaları:

Şirkət, enerji saxlama sistemləri üzrə ixtisaslaşmış olaraq elektrikli nəqliyyat vasitələri üçün də çeşitli bataryalar istehsal edir. BYD-nin bataryaları, sürətli şarj imkanları və uzunömürlülükdə yüksək performans təmin edir.

3. Elektrikli Avtobuslar:

BYD, dünyanın ən böyük elektrikli avtobus istehsalçılarından biri kimi tanınır. Şirkətin avtobusları, sıfır emissiya ilə şəhər nəqliyyatında inkişaf etmiş ölkələrə ixrac edilir. BYD avtobusları, təhlükəsizlik və səmərəliliyin ən yüksək standartlarında inkişaf edir.

4. Elektronik:

BYD, elektron komponentlər və aksesuarlar istehsal edərək sənaye və fərdi tələblər üçün innovativ həllər təklif edir. Şirkətin elektronik mühərrikiyyatları, müştərilərinin texnologiyaların ən son tənzimlənmələri və funksiyalarından istifadə etmələrinə imkan verir.

İnkişaf və Rəqabət

BYD-nin yenilikçi texnologiyaları, sürətli inkişafı və ətraf mühitə yaşıl texnologiya istuqamətində yanaşması, onu dünya miqyasında tanınmış ekoloji cəhətdən təmiz bir brend halına gətirib. Azərbaycan Respublikası da eyni məqsədlərə sadiqdir və ekoloji problemlərə qarşı duyarlılıq göstərir. Bu ilin sonunda COP29-un Bakıda keçirilməsi, ölkəmizin ekoloji məsələlərə olan diqqətinin bariz nümunəsidir. Belə bir beynəlxalq tədbirin Bakıda keçirilməsi, Azərbaycanın qlobal ekoloji problemlərin həllinə töhfə verməyə hazır olduğunu göstərir.

BYD Motors Baku: Yerli İnkişaf və Təhlükəsizlik

BYD Motors Baku, BYD markasının Azərbaycandakı rəsmi təmsilçisidir və 5 il və ya 150,000 km istehsalçı qarantiyası ilə müştərilərinin etibarını qazanmağa çalışır. Şirkət, Azərbaycanda elektrikli nəqliyyatın təbliğində və yaşıl texnologiyanın ölkəmizdə sürətli  yayılmasına töhfə verən şirkərlər sırasına qoşulamağa səy göstərir.

BYD Motors Baku, müştərilərinə sürətli şarj imkanları ilə inkişaf etmiş elektrikli avtomobillər təqdim etmək məqsədindədir. Şirkət, təhlükəsizlik və keyfiyyətli sürət imkanlarını təmin edərək Azərbaycanın nəqliyyat mühitini dəyişməyə kömək edir.