Türkiyənin xarici işlər naziri Hakan Fidanla İran xarici işlər nazirinin müavini Əli Baqiri arasında telefon danışığı olub.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, danışıq zamanı Qəzzadakı son vəziyyət müzakirə olunub, müharibənin regional səviyyəyə keçmə riski qiymətləndirilib.

H. Fidan Livandakı gərginliyin artığından narahatlığını və bunun Suriyaya da mənfi təsir göstərəcəyini qeyd edib.

Həmçinin danışıq zamanı antiterrorizm, iqtisadiyyat və nəqliyyat sahələrində ikitərəfli məsələlər müzakirə edilib.