Dağıstanın paytaxtı Mahaçqalada polis əməkdaşlarına hücum edən iki terrorçu məhv edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BAZA teleqram kanalı məlumat yayıb.

***

20:31

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində naməlum şəxslər Yermoşkina küçəsində yerləşən yol polisi postunu atəşə tutublar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, daha altı nəfər yaralanıb.

İlkin məlumata görə, dinc əhali arasında itki qeydə alınmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Sadiq Cavadov