Brend dəyərinə görə ötən il dünya üzrə ən qiymətli avtomobil markalarının siyahısı açıqlanıb.

İqtisadiyyat.az bu barədə dünya statistikasında araşdırma aparıb.

Hesabata görə, "Tesla" markası ötən il təxminən 67,7 milyard dollarlıq bazar dəyəri ilə dünyanın ən qiymətli avtomobil markası seçilib. 2020-ci ilin lideri "Toyota" bu siyahıda ikinci,  "Mercedes-Benz" isə üçüncü olub. "Tesla" 2021-ci ildə də dünyanın ən qiymətli avtomobil markası olub.

Məlumata görə, "Tesla"nın 2022-ci maliyyə ilində gəliri təxminən 81,5 milyard ABŞ dollarına çatıb və "Tesla Model Y" həmin il dünyada ən çox satılan elektrikli avtomobil modeli olub.

Bəs dünyanın ən qiymətli avtomobil markaları hansılardır?

Marka

Bazar dəyəri

Tesla

67,7 milyard dollar

Toyota

28,5 milyard dollar

Mercedes-Benz

24 milyard dollar

BMW

20,9 milyard dollar

Porsche

16,1 milyard dollar

BYD

10,1 milyard dollar

Ford

9,1 milyard dollar

Audi

8,3 milyard dollar

Honda

8 milyard dollar

Ferrari

7,8 milyard dollar

 

Gözəl Həşimova