Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, təltif edilənlər arasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparat rəhbəri Tural İsmayılov da var.

Sərəncama əsasən, o, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, İsmayılov Tural Vaqif oğlu 1982-ci ildə Bakı şəhərində anadan olub. 1997-2001-ci illərdə Azərbaycan Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə həmin universitetdə cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə magistratura təhsili alıb.

Əmək fəaliyyətinə 2006-cı ildə Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsində dövlət vergi müfəttəşi olaraq başlayıb, 2019-cu ilədək həmin müəssisədə baş dövlət vergi müfəttişi, baş hüquqşünas, Hüquq bölməsinin rəisi, Hüquq şöbəsinin rəhbəri vəzifələrində çalışıb. 2019-2021-ci illərdə Vergilər Nazirliyinin Hüquq Departamentində və Hüquq Baş İdarəsində baş hüquqşünas vəzifələrində işləyib.

2021-2023-cü illərdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsində çalışıb. 2023-cü ilin oktyabrında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparat rəhbəri vəzifəsinə təyin olunub.