2022-ci ilin Yanvar-iyun aylarında ölkəyə 6371 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb.

Məlumata görə,bu nəqliyyat vasitələrindən 6218-i daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə, 153-ü isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.