Apple Music avtomobil sahiblərinin ən çox istədiyi proqramlardan biridir. Son xəbərlərə görə, Tesla nəhayət Apple Music-i avtomobillərinə əlavə edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu məlumat Petersen Avtomobil Muzeyində sərgilənən avtomobillərdən birində ortaya çıxıb. Bu gün tədbirdə iştirak edənlərdən biri 2022.40.50 tərtibatçı proqram təminatı ilə Model S-də Apple Music tətbiqinə diqqət çəkib.

Qeyd edək ki, Elektrikli avtomobil nəhəngi Tesla son vaxtlar bir çox tendensiyaya başlayıb. Tesla elektrik avtomobilləri sahəsində bir çox yeniliklərə imza atır. Tesla təcrübəsinin ən vacib hissələrindən biri Tesla Sistemidi.  Avtomobil sürmə təcrübəsini daha zövqlü edən bu əməliyyat sistemi ilə yanaşı, bir çox tətbiq və xidməti də dəstəkləyir.

Məhəbbət Məmmədov