Avropa İttifaqı (Aİ) bütün ittifaqı əhatə edən qadağa qəbul etməsə, Rusiya ilə həmsərhəd olan Estoniya, Latviya, Litva, Polşa və Finlandiya kimi Aİ-yə üzv dövlətlər rusiyalı  turistlərə giriş qadağası qoya bilər. 

Bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Vilnüsdə jurnalistlərə açıqlamasında deyib. 

"Mən bütün bu ölkələrin nazirləri ilə danışmışam... Siyasi baxımdan çox fərq görmürəm. Rusiya turistləri Avropa İttifaqında (sərhədlərdə) olmamalıdır... Onların ölkələri soyqırım törədir” ,- deyib.