“ABŞ Avropada olduğu kimi Belarus da öz ərazisində taktiki nüvə silahı yerləşdirib”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko VII Ümum-Belarus Xalq Assambleyasının iclasının açılışında deyib.

Belarus lideri bildirib ki, o, respublika ərazisində yerləşdirilən Rusiyanın taktiki nüvə silahlarına görə xarici siyasətçilərin hiddətini başa düşmür. Onun sözlərinə görə, bunlar ABŞ-nin bəzi Avropa ölkələrində - Belçika, Almaniya, İtaliya, Türkiyə və Hollandiyadakı hava bazalarında saxladığı silahların eynisidir. Prezident aydınlaşdırıb ki, taktiki və strateji nüvə silahları arasında fərq var:

“Taktik - hərbi terminologiyada buna hücumçu zərbə qabiliyyəti deyilir. Zərbə-hücum komponentləri müdafiə xarakteri daşımır. Bəs onda bizə hansı suallarınız var? Bazalarımıza oxşar funksiyalı silahlar yerləşdirəndə niyə belə qəzəbləndilər?”

A.Lukaşenko əlavə edib ki, dünya gücləri çətin ki, strateji nüvə silahlarını yerləşdirməyə getsin, çünki bu, bütün planet üçün çox böyük riskdir: “Ancaq onlar əvvəlki kimi yaşamaq və planeti idarə etmək istəyirlər. Ona görə də bu, taktiki xarakter daşıyır”.