Niderland Kralı Villem-Aleksandr cümə axşamı Haaqadakı iqamətgahında Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hollandiya Yayım Korporasiyası məlumat yayıb.

Telekanalın məlumatına görə, bu, Villem-Aleksandr və Zelenski arasında ilk görüşdür. Onların söhbətinin təfərrüatları açıqlanmayıb.