“Krımın Ukraynanın nəzarətinə qaytarıldığı zaman uğur qazana biləcəyik”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlaması zamanı deyib.

O, ölkəsinin Rusiyaya qarşı əks-hücum planlaşdırdığını bildirib:

"İnanıram ki, bu hücumla Rusiya qüvvələrini dəf edəcək və Krımı Ukraynanın nəzarəti altına ala biləcəyik".

Zelenski Ukraynanın uğurunun böyük ölçüdə Qərbin davamlı silah tədarükündən asılı olduğunu vurğulayıb:

"Biz mümkün qədər çox insanın həyatını xilas etmək istəyirik, ona görə də silahların sayı vacibdir".