Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib.

İqtisaiyyat.az xəbər verir ki, Türkiyə XİN rəhbərinin “Twitter“ hesabında paylaşdığı təbrikdə deyilir:

“İşğal altındakı torpaqlarını qəhrəman bir mübarizə nəticəsində azad edən və beləliklə bölgədə barış və sabitliyin təmin edilməsinə vəsilə olan Azərbaycanın Zəfər Günü qutlu olsun. Zəfərlərin daim olsun, Can Azərbaycan!”, - Çavuşoğlu yazıb.