Son illər bank-maliyyə sistemində aparılan islahatlar artıq öz nəticələrini verir, Azərbaycanda iqtisadiyyatın inkişafı və sabit valyuta bazarı təmin edilir, insanların rifah halı yaxşılaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.

"İndi bank hər bir vətəndaşın həyatında mühüm rol oynayır. İnsanlar banklardan istifadə edir və bu, onların həm həyat şəraitinin yaxşılaşmasını, həm də vəsaitlərinin etibarlı saxlanılmasını təmin edir. Prezident İlham Əliyevin uzaqgörən addımları özəl bankların sayının optimallaşmasına və onların daha da koordinasiyalı çalışmasına imkan yaradıb", - deyə Z.Nuriyev əlavə edib.