Yeni Zelandiya Ukraynadakı münaqişə ilə əlaqədar 18 Rusiya müəssisəsinə və 9 vətəndaşa qarşı yeni sanksiyalar elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirliyinin rəhbəri Naniya Maxuta bildirib.

Yeni məhdudiyyətlər Federal Təhlükəsizlik, Xarici Kəşfiyyat xidmətlərinin bir sıra vəzifəlilərini, o cümlədən hərbi texnologiya və silah alışı və istehsalında iştirak edən şəxsləri əhatə edir.