GMC şirkətinin baş mühəndisi, keçən həftə sonu təqdim olunan Hummer EV SUV modelinin nədən eyni platformanı bölüşdüyü pikapdan daha zəif güc qurğusunu aldığını izah edib.

Texniki baxımdan, unversal kuzovlu GMC Hummer EV eyni adlı pkapı təkrarlayır, lakin yenə də fərqlər mövcuddur - məsələn, SUV indeksli modelin güc qurğusu 842 at qüvvəsi hasil etdiyi halda, pikap 1014 at qüvvəsinə malikdir. Bunun səbəbini Muscle Cars Trucks nəşrinə verdiyi müsahibədə Hummer EV layihəsinin baş mühəndisi Al Openhayzer açıqlayıb.