“Ötən gün baş verən hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi qrup yaradılıb”.

Bunu Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov deyib.

Onun sözlərinə görə, xüsusi qrup yaxın vaxtlarda hadisənin baş verdiyi əraziyə göndəriləcək: 

“Daha sonra isə ictimaiyyətə ətraflı məlumat veriləcək. Ancaq palçıq vulkanının baş verdiyi ərazidə vulkan sönmə mərhələsindədir”.

O qeyd edib ki, bu gün helikopter tərəfindən həmin yerə baxış keçirilib:

“Salyan rayonunun sahildən 33 kilometr məsafədə Daşlı adada palçıq vulkanı baş verib. FHN həmin an helikopterlə xüsusi cihazla araşdırma aparıb və məlum olub ki, radiasiya fonu yoxdur”.