Azərbaycandan bu ilin yanvar-oktyabr ayları ərzində 51,2 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ixracın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 33,4 milyon dollar və ya 2,8 dəfə artıb.

Hesabat dövründə, bu məhsul kateqoriyası üzrə ölkəyə idxalın dəyəri 78,4 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 8,6 milyon dollar çoxdur.

 

Gözəl Həşimova