Azərbaycana bu ilin yanvar-may aylarında 8,8 milyon dollar dəyərində xalça və digər tekstil döşəmə örtükləri idxal edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə xalça idxalına çəkilən xərc ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon dollar və ya 47,2% artıb.

Məlumata görə, hesabat dövründə Azərbaycandan bu növ məhsulların ixrac dəyəri isə 29,9 min dollar təşkil edib.