“WhatsApp” “Telegram”da olan daha bir funksiyanı öz tətbiqinə əlavə etməyə hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, növbəti yeniləmələrdən birində mesencerə kanallar əlavə ediləcək.

Kanallar “Telegram”da olduğu kimi eyni prinsiplə işləyir: qlobal axtarış var, lakin tövsiyə sistemi yoxdur.

Qeyd olunur ki, bu cür kanallarda telefon nömrələri və onlara abunə olan istifadəçilər haqqında məlumatlar gizlədiləcək.

"Ancaq kanallardakı mesajlar “başdan sona” (“end-to-end”) texnologiyasından istifadə edilməklə şifrələnməyəcək"