Martın 11-də ölkəmizdə ilk dəfə ”Rəqəmlərin ritmi” konsept mesajı ilə keçirilmiş “Vergi və Mühasibatlıq Zirvəsi” 300-dən çox şirkətin 500-dən çox əməkdaşının iştirakı ilə baş tutdu.

Bir çox yeniliklərlə yadda qalan, iştirakçıların pozitiv rəylərini alan tədbir 3 fərqli formatlı 4 paneldən ibarət oldu. “Vergi və Mühasibatlıq Zirvəsi”nin sonuncu – 4-cü paneli “Vergi riskləri” adlanırdı.

Panel vergi sahəsinin tanınmış 7 nəfər ekspertinin spikerliyi ilə baş tutdu. Təşkilatçılar “Vergi riskləri” paneli üçün yeni bir format seçmişdi – panel başdan sona sual-cavab formatında idi. İştirakçıların birbaşa və onlayn qaydada ünvanladığı sualları moderator spikerlərə ünvanlayır, onlardan cavablar alınırdı.

90 dəqiqədən artıq davam edən paneldə səsləndirilən suallar və verilmiş cavablar tədbirdən sonra iqtisadi gündəmdə geniş əksini tapdı və çoxlu müzakirələrə səbəb oldu.

“Vergi və Mühasibatlıq Zirvəsi” başa çatdıqdan sonra tədbir iştirakçılarından “Vergi riskləri” panelinə daha çox vaxt ayrılmasının arzuolunan və aktual olması barədə rəylər gəlməyə başladı. Tədbir təşkilatçılarının apardığı araşdırma ilə məlum oldu ki, iştirakçıların xeyli sayda səsləndirmədiyi sualları vaxt məhdudiyyətindən yığılıb qalıb. Bununla da, “Vergi riskləri” panelinə daha çox vaxt ayrılmaqla ayrıca tədbir kimi keçirilməsi qərara alındı.

Beləliklə, 20 may 2023-cü il, saat 10:00-14:00-a qədər yalnız sual-cavab formatında “CinemaPlus Gənclik Mall”da “Vergi riskləri” Panel Müzakirəsi adlı tədbir keçiriləcək. Tədbirin konsept mesajının “Vergi və Mühasibatlıq Zirvəsinin 1 saylı əlavəsi” olması nəzərdə tutulub. “1 saylı əlavə” sloqanının seçilməsi bu terminin uçot sahəsinin mütəxəssisləri üçün “doğma” olmasından, Panel Müzakirəsinin “Vergi və Mühasibatlıq Zirvəsi”nin davamı olmasından, bu kimi tədbirlərin davamlı olacağı mesajının verilməsindən irəli gəlir. Panel Müzakirəsi zamanı iştirakçıları maraqlandıran sualları spikerlər cavablandıracaq, vergi sahəsinin aktual məsələləri müzakirə olunacaq. Əsas məqsəd isə dinamik biznes mühitində vergi risklərinin minimuma endirilməsi, vergi qanunvericiliyinin tələblərinin doğru izahı və vergi uçotunun düzgün qurulması üçün fikir mübadiləsi və maarifləndirmədir.

Tədbir zamanı tanınmış ekspertlər 4 saat ərzində bilik və təcrübələrini iştirakçılarla bölüşəcək, 300-dək mütəxəssis və rəhbər şəxslərin sualları cavablandırılacaq.

Yerlər limitlidir. İştirak üçün www.vmz.az saytından bilet əldə edə və sosial media hesablarımızı izləyə bilərsiniz. Panel müzakirəsində iştirak haqqı 40 manat təyin edilib.

Facebook: https://www.facebook.com/fifbaku.az

İnstaqram: https://www.instagram.com/vmzbaku/

Linkedln: https://www.linkedin.com/company/vmz-baku/

“Vergi riskləri” Panel Müzakirəsində görüşmək ümidi ilə ...