NATO-nun 17 ölkəsinin və İsveçin nümayəndələri Brüsseldə ümumi peyk kəşfiyyatı şəbəkəsi yaratmaq niyyəti haqqında saziş imzalayıblar.

İqtisadiyyat.az xəbər verir ki, sənədi Böyük Britaniya və hələ alyansa qoşulmayan İsveçdən başqa, Belçika, Bolqarıstan, Macarıstan, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Türkiyə və Fransa tərəfi də imzalayıb.

Sənəddə beynəlxalq əməkdaşlıq və milli kosmik imkanlardan birgə iştirak yolu ilə kosmosdan müşahidə imkanlarını təkmilləşdirəcək çərçivə hazırlamaq istəyi bəyan edilir.