Ukrayna hərbi xidmətə çağırış yaşını 27-dən 25-ə endirməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, çağırış yaşının 27-dən çox olması səbəbindən, çağırışçı statusu olmayan xeyli vətəndaş səfərbərlik zamanı hərbi xidmətə çağırıla bilmir.

Çağırış yaş həddinin azaldılmasının səbəbləri arasında tibbi müayinələr üçün əlavə maliyyə xərcləri və hərbi həkim komissiyasından keçmək üçün növbələrin artması da göstərilib.