Ukrayna Silahlı Qüvvələrinin gözlənilən əks hücumu son döyüş kimi qəbul edilməməlidir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Danimarka, Latviya, Estoniya, İslandiya, Litva, Norveç, İsveç və Finlandiyanın daxil olduğu Şimali Baltikyanı səkkizliyin xarici işlər nazirləri ilə birgə brifinqdə çıxış edib.

"Əks-hücum son döyüş hesab edilməməlidir", - ukraynalı diplomat bildirib.

Onun sözlərinə görə, “həlledici döyüş” məhz “Ukrayna ərazilərinin tam azad edilməsi” olacaq.