Gün ərzində Ukrayna hərbçiləri Rusiya ordusunun 60-a yaxın hücumunu dəf edib, Baxmutda döyüşlər davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 06:00-a olan xülasəsində bildirilib.

Məlumata görə, Rusiya ordusu əsas səylərini Limanski, Baxmutski, Avdeyevski və Maryinski istiqamətlərində hücum əməliyyatlarının keçirilməsinə yönəltməkdə davam edir.

"Son sutka ərzində düşmənin 58 hücumu dəf edilib. Baxmut və Marinka hərbi əməliyyatların episentrindədir", - məlumatda deyilir.

Bildirilir ki, Limanski istiqamətində Rusiya ordusu Beloqorovka istiqamətində, Avdeyevskidə - Donetsk vilayətinin Avdeevka və Pervomayski rayonlarında, Maryinskidə - Maryinka və Novomikhailovka ərazilərində uğursuz hücum əməliyyatları keçirib.

"Baxmut istiqamətində düşmən hücum əməliyyatlarını davam etdirir. Baxmut şəhərində döyüşlər davam edir. Bundan başqa, düşmən İvanovski və Predteçinoy istiqamətində də uğursuz hücum əməliyyatları keçirib", - Baş Qərargah əlavə edib.