“Twitter“ yeni sahibi olan İlon Mask şirkətin bütün işçilərinin təxminən yarısını ixtisar etməyi planlaşdırır, bu barədə “Bloomberg“ məlumat yayıb.

Ixtisara “Twitter“in 7500 əməkdaşından təxminən 3700-ə düşəcək.

Şirkət həmçinin ştatda qalan işçilərin məsafədən işləməsini qadağan edəcək.

Bu cür tədbirlərin xərclərin azaldılmasına yönəldiyi bildirilib.

Məsələ ilə bağlı şirkət açıqlama verməyib.