"Twitter" yalnız təsdiqlənmiş hesabların məzmunun daha sürətli izlənməsini təmin edən "TweetDeck"dən istifadə edəcək.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, giriş problemləri yaşayan sosial media platformasında yeni dəyişiklik edilib. Dəyişiklik nəticəsində "TweetDeck"in yeni və təkmilləşdirilmiş versiyası təqdim olunub. Yalnız pul ödəyən təsdiqlənmiş hesablar 30 gün ərzində "TweetDeck"ə daxil ola biləcəklər.

Daha çox biznes və xəbər qurumları tərəfindən istifadə edilən "TweetDeck"n "Twitter" gəlirlərinin artmasına səbəb olacağı gözlənilir.