Türkiyə universitetlərində əyani tədris bərpa edilir.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bununla bağlı Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özar mətbuat konfransı zamanı bildirib. Məlumata görə, tədris aprelin 3-dən başlayacaq.

O, 2022-2023-cü il yaz sessiyasında tələbələrin istəyinə görə distant təhsilin də mümkün olacağını vurğulayıb.

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələlər səbəbi ilə 17 fevral 2023-cü il tarixindən etibarən distant təhsil tətbiq edilirdi.