Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı Avropa İttifaqı və NATO üzvü olan Polşaya da ixrac ediləcək.

Məlumata görə, Polşa prezidenti Anjey Dudanın Türkiyəyə səfəri zamanı PUA-larla bağlı da müqavilə imzalanacaq.

Razılaşmaya əsasən, Türkiyə Polşaya 24 PUA və avadanlığını ixrac edəcək. Təhvil-təslim gələn il reallaşacaq.