2028-ci ildə Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi 100 milyard dollara yüksələ bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə-Rusiya İş Birliyinin rəhbəri İzzet Ekmekçibaşı məlumat verib.

Onun sözlərinə görə, ötən il Türkiyə-Rusiya ticarət dövriyyəsi təqribən 55 milyard dollar təşkil edib.

Bu il ikitərəfli ticarət həcminin isə 70-75 milyard dollara çatacağı gözlənilir.

 

Gözəl Həşimova