Noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Zirvə Toplantısı keçiriləcək. Təşkilatın sədrliyinin Türkiyədən Özbəkistana keçəcəyi sammit proqramının sonunda Səmərqənd Bəyannaməsi imzalanacaq.

Zirvədə Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan sammitdə prezidentlər səviyyəsində, müşahidəçi ölkə statusuna malik Macarıstan isə baş nazir səviyyəsində iştirak edəcək. Sammitə Özbəkistan Prezidenti Şövkət Mirzoyoyev ev sahibliyi edəcək.

TDT-nin ən yüksək səviyyəli platforması olan Dövlət Başçıları Sammitində liderlər üzv və müşahidəçi dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas məsələlərini müzakirə edəcək, regionda və onun hüdudlarından kənarda baş verən siyasi və iqtisadi hadisələrlə bağlı fikir mübadiləsi aparacaqlar. 

Məhəbbət Məmmədov