BMT Baş katibinin ofisi Rusiya, Türkiyə və Ukrayna nümayəndələrinin mayın 3-də beynəlxalq təşkilatın bayrağı altında taxıl sazişi müddətinin uzadılması ilə bağlı görüş barədə məlumatı təsdiqləməyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə çərşənbə axşamı baş katibin mətbuat katibinin müavini Fərhan Hak bildirib.

“Sabah üçün planlaşdırılan heç bir görüşdən xəbərim yoxdur”, - o deyib.