İqtisadiyyat.az xəbər verir ki, yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, burada qanuni nəzarətdən əlavə vətəndaş mövqeyi də önəmlidir: "Yol polisi buna görə sürücünü cərimələyə bilər. Amma işıqların nizamlanması, düzgün istifadə edilməsi ilk növbədə elə sürücünün xeyrinədir. Çünki nasazlıq olduğu təqdirdə özü qəzaya düşə bilər. Bəzən isə bu nasazlıqlar işıqların zəif olmasına səbəb olur. Sürücü də uzaqvuran işıqlardan istifadə edir. Bu isə digərləri üçün çox təhlükəlidir". Elməddin Muradlı sürücülərin bu addımını yolların yetərincə işıqlandırılmaması ilə də əlaqələndirib. "Şəhərkənarı magistral yollarda demək olar ki, işıqlandırma yoxdur. Rayona gedən sürücü qəzaya düşməmək üşün uzaqvuran işıqları yandırır. Nəticədə qarşı tərəfdən gələni qəzaya salır. Yollarda normal işıqlandırma olarsa bu problemlər də olmaz."

Ekspert şəhərdaxili yollarda da axşam saatlarında işıqların söndürülməsinə münasibət bildirib: "Gündüz vaxtı görürsən ki, işıqlar yanır. Niyə yandırırlar aydın deyil. Bəzən isə gecə saat 12 olmamış bütün işıqaları söndürürlər ki, qənaət edirik. Qənaətdirsə niyə gündüzlər yanır? Yaxşı olardı ki, burada "ağıllı" işıqlardan istifadə olunsun. O zaman həm qənaət olar, həm də sürücülər əziyyət çəkməz".