Sudandakı silahlı toqquşmalarda ölən mülki vətəndaşların sayı 436-ya yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, toqquşmalar zamanı 2 100 nəfərdən çox insan yaralanıb.

Xatırladaq ki, Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı qarşıdurma nəticəsində vəziyyət gərgin olaraq qalır.