Sudandakı silahlı qarşıdurmada ölən mülki vətəndaşların sayı 447 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanal Sudanda Həkimlərin Həmkarlar İttifaqına istinadən bildirib ki, ordu ilə xüsusi təyinatlı qüvvələr arasında baş verən toqquşmalarda həlak olan mülki şəxslərin sayı 447 nəfərə yüksəlib, 2255 nəfər yaralanıb.

Xatırladaq ki, dünən verilən məlumata əsasən, 436 nəfərin öldüyü, 2174 nəfərin isə yaralandığı bildirilmişdi.