Hindistanda ümumi daxili məhsulun (ÜDM) 2030-2031-ci maliyyə ilinə qədər 2 dəfə artaraq 6,7 trilyon dollara çatacağı proqnozlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi "S&P Global" məlumat yayıb.

"2031-ci ilə qədər ölkədə adambaşına düşən ÜDM-in həcmi təxminən 4,5 min dollar təşkil edəcək. Kapitalın yığılması Hindistanda iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olacaq. Hökumət infrastruktur layihələrini dəstəkləməklə və istehsalı təşviq etməklə investisiyaları əhəmiyyətli dərəcədə stimullaşdırıb", - məlumatda deyilir.

 

Gözəl Həşimova