Rusiya bu ilin aprelində Ukrayna ordusunun 15 mindən çox itki verdiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlama yayıb:

“Qərb ölkələrinin görünməmiş hərbi yardımına baxmayaraq, düşmən əhəmiyyətli itkilər verir. Təkcə son bir ay ərzində onlar 15 mindən çox insan itiriblər”.

Rusiya müdafiə naziri həmçinin bildirib ki, xüsusi əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinin səkkiz təyyarə, 277 pilotsuz uçuş aparatı, 430 tank və digər zirehli döyüş maşını, reaktiv yaylım atəşi sistemlərinin 18 döyüş maşını, 225 səhra artilleriya silahı və minaatanları məhv edilib.

“Biz Qərbin Ukrayna silahlı qüvvələrinin ehtiyacları üçün verdiyi silahları məhv etməyə davam edirik”, - Şoyqu əlavə edib.