Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolts danışıqlar aparmaq üçün bazar günü Federal Kanslerin ofisinə gəlib.

Bundan əvvəl o, Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüş keçirib.

İqtisadiyyat.az xəbər verir ki, Şolts Zelenskini Almaniyaya dövlət səfəri deyil, işgüzar səfərdə olmasına baxmayaraq, onu hərbi şərəflə qəbul edib.

Danışıqlardan sonra kansler və Ukrayna prezidenti mətbuata danışacaqlar.