2006-cı ildə təsis edilən "SOCAR Türkiyə" qardaş ölkədəki fəaliyyətini ildən-ilə genişləndirir.

İqtisadiyyat.az xəbər verir ki, şirkət son 15 ildə Türkiyə iqtisadiyyatına 18 milyard ABŞ dolları məbləğində investisiya yatırıb.

"SOCAR Türkiyə"nin sərmayələrinin böyük hissəsi İzmirin Əliağa bölgəsində yerləşir. 1453 hektarı əhatə edən bu bölgə Türkiyədə "Xüsusi Sənaye Bölgəsi" adını alan ilk şirkətdir. (dron kadrlar verilsin) Həm "Petkim" həm də STAR Neft Emalı Zavodu SOCAR-ın Qardaş ölkədəki ən uğurlu layihələrindəndir. (dron kadrlar)

STAR Neft Emalı Zavodu əsasən Aralıq dənizi və Qara dəniz, Afrika və digər bölgələrdən gətirilən nefti emal edir.

Qeyd edək ki, Türkiyənin topdansatış bazarında ən böyük özəl sektor oyunçularından biri olan "SOCAR Türkiyə" şirkətində 5 mindən çox işçi çalışır.