Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin inzibati binasının, istehsal korpuslarının və yardımçı tikililərinin layihə-smeta sənədləri hazırlanacaq.

Bu barədə İqtisadiyyat.az muxtar respunlikanın İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Şərur Sənaye Məhəlləsi 2019-cu ildə mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə yaradılıb. Buna görə də sənaye məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı, habelə xidmət müəssisələri təşkil olunub. Sənaye məhəlləsinin ərazisində 24 istehsal sexi, 6 inzibati və 5 texniki otaqdan ibarət bina və 3 istehsal korpusu inşa olunub.