İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Damğan şəhəri yaxınlığındakı hazırlıq və dəstək mərkəzində partlayış olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə SEPAH-ın Damğan Korpusu məlumat yayıb.

Məlumatda bu gün axşam saatlarında SEPAH-ın Damğan şəhərindən kənarda yerləşən korpuslarından birində qəza nəticəsində döyüş sursatlarının daşınması zamanı partlayış baş verdiyi bildirilir. Əl-Ərəbiyyə kanalı partlayışda 2 nəfərin öldüyü və çox sayda yaralının olduğu barədə məlumat verib.

Qəzanın səbəbləri araşdırılır.