“Səba” Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, cəmiyyət bununla bağlı səhmdarlarına müraciət edib.

Yığıncaqda “Səba”ASC-nin törəmə cəmiyyəti olan “Qarabağ Taxıl” MMC-nin 2022-ci maliyyə-təsərrüfat ilinin nəticələrinə əsasən dividendləri elan ediləcək.

Eyni zamanda “Səba”ASC-nin nizamnamə kapitalı və yeni redaksiyada nizamnaməsi müzakirə olunacaq.