Samsung çevik ekranlı portativ kompüter buraxacaq.

Bu barədə Koreyanın SamMobile nəşri məlumat yayıb .

Samsung Display-in 2023-cü ildə bazara noutbuklar üçün 8,5 milyon OLED panel təqdim etmək niyyətində olduğunu bildirib. Ehtimal olunur ki, komponentlərin əksəriyyəti Asus tərəfindən, qalan hissəsi isə Samsung-un Galaxy seriyasında cihazları inkişaf etdirən MX bölməsi tərəfindən təmin ediləcək.

Bununla bağlı müəlliflər Koreya şirkətinin 2023-cü ildə qatlanan displeyli ilk noutbukunu təqdim etməyi təklif ediblər. Cihaz 17,3 düymlük OLED ekrana sahib olacaq. Qatlanan zaman panel hər biri 13,3 düym olan iki yarımdan ibarət olacaq. Mütəxəssislərin fikrincə, bir yarısı displey, ikincisi isə sensorlu klaviatura kimi istifadə edilə bilər.

Mütəxəssislər həmçinin çevik panellərə bazarın marağını qeyd ediblər. Belə ki, 2020-ci ildə Samsung Display noutbuklar üçün 960 min ədəd, 2021-ci ildə 5 milyon ədəd, 2022-ci ildə təxminən 6 milyon ədəd OLED displey istehsal edib.