Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 1462 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun avqustun 10-da keçirilən iclasında deyib.

Onun sözlərinə görə, ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət edib.