Rusiya hərbçiləri gecə saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinə intensiv hava zərbələri endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko sosial media hesabında qeyd edib. O bildirib ki, rus əsgərləri Ukraynaya Tu-95 strateji təyyarələri və İHA-larla eyni anda hücuma keçib və bu hal təxminən 3 saat davam edib.

Qeyd edək ki, Rusiyanın Pavloqrada təşkil etdiyi hücumlarda 3-ü uşaq olmaqla 25 nəfər yaralanıb.