Bu ilin iyulun 1-nə Rusiyanın xarici dövlət borcu 347,7 milyard dollar təşkil edib. Bu da ilin əvvəli ilə müqayisədə 8,7% və ya 33 milyard dollar azdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının materiallarında deyilir.

Göstəricinin dinamikası böyük ölçüdə borc alətləri üzrə, o cümlədən birbaşa investisiya münasibətləri çərçivəsində digər sektorların öhdəliklərinin azalması ilə müəyyən edilib. Bu da qismən əvəzedici istiqrazların buraxılması mexanizminin tətbiqi ilə bağlı olub.

Əlavə edək ki, Mərkəzi Bank Rusiyanın bu ilin yanvarın 1-nə xarici borcunun 380,5 milyard dollar təşkil etdiyini açıqlayıb.