Rusiyanın Lipetsk və Yelts şəhərlərində 9 May Qələbə Paradları mümkün təxribatlar barədə məlumatlara görə ləğv edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Lipetsk vilayətinin qubernatoru İqor Artamonov bildirib.

“Qələbə günü regionlarda kütləvi şənliklər və anım tədbirləri zamanı baş verə biləcək təxribatlarla bağlı hüquq-mühafizə orqanlarında məlumat var. Bizim insanları riskə atmağa haqqımız yoxdur. Hamı başa düşür ki, paradlar ciddi şəkildə müəyyən edilmiş vaxtlarda, müəyyən edilmiş meydanlarda keçirilir”, deyə qubernator vurğulayıb.