Rusiyanın Bryansk vilayətində “Mi-8” helikopteri havada alovlanaraq qəzaya uğrayıb.

İqtisadiyyat.az xəbər verir ki, məlumatı bölgənin Fövqəladə Hallar Xidməti yayıb.

Hadisə vilayətin Ukrayna ilə həmsərhəd olan Klints şəhərində olub.

İlkin məlumatlara görə, qəza helikopterin mühərrikində yanğın səbəbindən baş verib. Helikopter şəhərin üzərində uzun müddət dövrə vurub və fərdi yaşayış evinin üzərinə düşüb. Nəticədə ev uçub.

Helikopterin hansı qurumun mülkiyyətində olduğu müəyyənləşdirilir. İtkilər barəsində məlumat yayılmayıb. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.