İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyada 2 yığım və bir motor fabrikinin bağlanacağı deyilən açıqlamada,  səlahiyyətin Ford Sollersdən Sollersə keçəcəyi fikri bildirilib.

Ford Sollersin baş direktoru Adil Şirinov mövzu ilə bağlı münasibət bildirərkən, “verdiyimiz qərar çətin olması ilə yanaşı Ford Sollersin uzunmüddətli uğuru üçün mübahisəli önəm daşıyır”- deyib.

Şirkətin Rusiyada kiçik ticari avtomobil istehsalına davam edəcəyi bildirilir. Qlobal restrukturizasiya kontekstində Ford üç il bundan əvvəl Yaponiya və İndoneziya bazarlarından çıxmışdı.
 Rusiya iqtisadiyyatındakı ağır durum səbəbindən 2012-ci ildə 1 milyon 970 min istehsal olunan maşın sayı, keçən il 1 milyon 560 minə düşüb.

Ekspertlər Fordun xüsusilə Cənubi Koreya və Avropa avtomobilləri ilə Rusiya bazarında rəqabət apara bilmədiyini qeyd ediblər.